Вернуться назад Распечатать

Tramp: Çin Tayvanın müstəqil olmasını görmək istəmir

Çin Tayvanın müstəqil olmasını görmək istəmir.

1xeber.media-nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, vəziyyətin status-kvo olaraq qalması halında Çinin heç nə etməyəcəyini düşündüyünü bildirib. “Lakin etsələr, yəqin ki, olduqca sərt bir şey edəcəklər və sonra onlara sərt cavab veriləcək və pis şeylər baş verəcək”,- deyə Tramp əlavə edib.

Tramp, həmçinin onun prezident olduğu müddətdə Çin liderinin Tayvana qarşı hər hansı bir aqressiv addım atmayacağını düşündüyünü deyib.