Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.
1xeber.media xəbər verir ki, bu mərhələdə kəndə 18 ailə - 77 nəfər köçürülüb. Köç edən ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qaytarılması davam etdirilir.