Вернуться назад Распечатать

Türkiyədə yaşayış ərazisinə dron düşdü

Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun şəhərində dronun yaşayış ərazisinə düşməsi nəticəsində iki evə ziyan dəyib.

1xeber.media xəbər verir ki, hadisə Kazım Qarabəkir rayonunda qeydə alınıb.

Hadisə nəticəsində iki evin dam örtüyü zədələnib. Təxminən 1 metr uzunluğunda olduğu ehtimal edilən PUA hazırda mütəxəssislər tərəfindən araşdırılır.