
Sabiq millət vəkili, milli azadlıq hərəkatının fəallarından biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sabiq sədri Hacıbala Əzimov vəfat edib.
Qeyd edək, Hacıbala Əzimov 1938-ci il avqustun 1-də Lənkəran şəhərində doğulub.
Mərhumla vida mərasimi bu gün saat 16:00-da Bakı şəhərində yerləşən Təzəpir Məscidində keçiriləcək, daha sonra dəfn mərasimi Yasamal qəbiristanlığında olacaq.