Вернуться назад Распечатать

Xətai Tibb Mərkəzindən 30 min manatlıq tender: Sistemlər kimə tapşırıldı?

"M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi" publik hüquqi şəxsi İsitmə, soyutma, havalandırma sistemlərinin təmiri və servisi xidmətlərinin satın alınması üçün  müqavilə imzalayıb.

1xeber.media yazır ki, bu xidmətlərin göstərilməsi hüququ "BEBİKO" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilib.

Tərəflər arasında əldə olunmuş rəsmi razılığa əsasən, xəstəxananın bütün iqlim və havalandırma infrastrukturunun saz vəziyyətə gətirilməsini nəzərdə tutan müqavilənin ümumi maliyyə dəyəri tam 29.647,51 AZN təşkil edir.

32gun.az