Вернуться назад Распечатать

Bahar Muradova: Qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakı artırılmalıdır

 

Qadınların şəhərsalma ilə bağlı qərarların qəbulunda iştirakı artırılmalıdır.

1xeber.media xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qadınların Assambleyasında deyib.

Onun sözlərinə görə, qadınların strateji planlaşdırmada və qərar qəbuletmə proseslərində bərabər iştirakı şəhərləri təhlükəsiz, əlçatan və insanların ehtiyaclarına daha həssas edir:

"Azərbaycan bu yanaşmanın inkişaf etdirilməsi məqsədilə dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir. Ümumilikdə, qadınların şəhərsalma və iqlim siyasəti ilə bağlı qərarların qəbulunda iştirakı daha da genişləndirilməlidir. Qadınların ehtiyaclarına cavab verən şəhərlər qurmaq daha təhlükəsiz, dayanıqlı və humanist gələcəyin formalaşdırılması deməkdir".

Komitə sədri həmçinin bildirib ki, təhlükəsizlik, mobillik və sosial xidmətlərə çıxış şəhərsalma çərçivələrinə sistemli şəkildə inteqrasiya olunmalıdır:

İnklüziv və dayanıqlı modellərin təşviqi istiqamətində beynəlxalq əməkdaşlıq daha da gücləndirilməlidir. İnsanyönümlü şəhər inkişafı modeli həmrəylik, bərabər imkanlar və dayanıqlı tərəqqi prinsiplərinə əsaslanan ortaq öhdəlik tələb edir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini dəstəkləməyə hazırdır. İnanırıq ki, WUF13 çərçivəsində aparılan müzakirələr və əldə olunacaq nəticələr daha inklüziv, dayanıqlı və insan yönümlü şəhərlərin inkişafına töhfə verəcək".