Putinin müharibənin tezliklə bitəcəyini açıqlamasına baxmayaraq, Kreml güzəştə getməyə hazır olmadığından münaqişə əslində uzun müddət davam edəcək.
1xeber.media xəbər verir ki, bunu Birmingem Universitetinin professoru Lukas Skott deyib.
"Putinin guya yaxınlaşan sülhlə bağlı bəyanatının mediada yaratdığı ajiotaj onun dediklərinin əsl mahiyyətinə uyğun gəlmir.
Rusiya diktatoru qazanılan qələbədən və ya yekun atəşkəs haqqında razılaşmadan birbaşa danışmadı. Müharibənin başa çatması ilə bağlı ifadə 45 dəqiqəlik çıxışın sonunda səsləndi və çıxışın əsas hissəsi deyildi. Bir çox rus işğaldan yorulub və hər şeyin bitməsini istəyirlər. Ona görə də Putinin hər şeyin tezliklə bitəcəyini söyləməsi məntiqlidir",- o bildirib.
Qeyd edək ki, Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə təkcə Moskvada deyil, həm də üçüncü bir ölkədə görüşməyə hazır olduğunu söyləmişdi.
Putinin sözlərinə görə, o, Zelenski ilə görüşməyə hazırdır, amma yalnız müqavilə imzalamaq üçün... Kreml rəhbəri əlavə edib ki, ABŞ səmimi şəkildə həll yolu axtarır, lakin bu, ilk növbədə Ukrayna və Rusiyanın məsələsidir.