Вернуться назад Распечатать

WUF13-də iştirak etmək üçün Azərbaycana gəldilər - Fotolar

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.

1xeber.media AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.

Həmçinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri İqor Sergeyenko BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.