Вернуться назад Распечатать

Qarabağda şəhər və kəndlərin yenidən qurulması ilə bağlı RƏSMİ AÇIQLAMAr

“İşğaldan azad edilmiş ərazilərimizdə dövrümüzün ən böyük yenidənqurma və inkişaf layihələrindən biri həyata keçirilir”.

1xeber.media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur:

“Bu, sadəcə yenidənqurma deyil, eyni zamanda yeni urbanizasiya modelinin yaradılmasıdır. WUF13 bizə bu təcrübələri bölüşmək və eyni zamanda başqalarının təcrübəsindən öyrənmək imkanı yaradır. Bu forum həqiqətən qlobal miqyas daşıyır".

A.Quliyev qeyd edib ki, Azərbaycan pavilyonu ölkəmizin irsini, şəhər inkişafı yolunu, turizm potensialını, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək.