Вернуться назад Распечатать

Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.

1xeber.media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.

4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalın dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.