
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi Pəncəli Teymurovun medalı ailəsinə təqdim edilib.
1xeber.media xəbər verir ki, təqdimat mərasimi Müdafiə Nazirliyində baş tutub.
Mərasimdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, hərbçilər, Milli Qəhrəmanın anası və qardaşı iştirak edib.
Bildirilib ki, Pəncəli Teymurov Vətən uğrunda göstərdiyi şücaət və qəhrəmanlığı ilə Azərbaycan Ordusunun tarixində xüsusi yer tutur və onun xatirəsi daim böyük ehtiramla anılır.