Вернуться назад Распечатать

Avropalılar Ukraynaya 90 milyard avro ayıran sənədləri imzalamayıblar

1xeber.media xəbər verir ki, Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq kreditin ilk tranşını ayıran sənədləri imzalamayıb.

Agentlik Avropa Komissiyasının sözçüsü Baljas Ujvarinin sözlərinə istinadən bildirib ki, "Kredit verilməsi üçün zəruri olan imzalanmalı üç sənədimizin olduğunu təsdiqləyə bilərik. Anlaşma memorandumu bu mərhələdə ən qabaqcıl sənəd hesab olunur".

Rəsmi şəxsin sözlərinə görə, "digər zəruri sənədlər də gözləmədədir".

Bundan əvvəl "Politico" jurnalının mənbələri Aİ-nin gələn həftə Ukraynaya 90 milyard avroluq kreditin şərtlərini təsdiqləyə biləcəyini bildirmişdi.

Bundan əvvəl Almaniyanın "Berliner Zeitung" qəzeti Ukraynadakı korrupsiya qalmaqalının kreditin verilməsini təhlükəyə atdığını bildirmişdi.