Вернуться назад Распечатать

Rusiya nüvə silahı təlimlərinə başlayır

Rusiya Silahlı Qüvvələri mümkün müharibədə nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə təlim keçirəcək. 

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlayıb. 

Təlimlər mayın 19-dan 21-dək davam edəcək.

Təlimdə Strateji Raket Qüvvələri, Şimal və Sakit Okean Donanmaları, Uzaqmənzilli Aviasiya Komandanlığı, eləcə də Leninqrad və Mərkəzi Hərbi Dairələrindən bəzi qüvvələr iştirak edir.

Manevrlərin məqsədləri rəhbərliyin və əməliyyat heyətinin bacarıqlarını artırmaq, potensial düşmənin qarşısını almaq üçün tədbirlərin hazırlanması və həyata keçirilməsi zamanı qoşunların idarə olunmasının təşkili və s.-dir.

Təlim zamanı bir neçə nüvə qüvvələrini və hərbi hissələri missiyalara hazırlamaq və onlara hərtərəfli dəstək vermək, eləcə də Rusiyadakı sınaq poliqonlarında ballistik və qanadlı raketlərin buraxılması üzrə fəaliyyətlər həyata keçiriləcək.

Təlimdə 64 mindən çox şəxsi heyət və 200-dən çox raket buraxılış sistemi də daxil olmaqla 7800-dən çox hərbi texnika iştirak edəcək.