Вернуться назад Распечатать

Putin Çindədir

Rusiya Prezidenti Vladimir Putin ikigünlük dövlət səfəri üçün Çinə gedib.

1xeber.media  xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

“Prezidentin təyyarəsi Pekin hava limanına enib”, - agentliyin teleqram kanalında bildirilib.

Qeyd olunur ki, səfərin əsas iş günü mayın 20-dir, Putin və Si Cinpinin məhdud tərkibdə danışıqları, ardınca isə nümayəndə heyətləri ilə geniş tərkibdə görüşü olacaq.