Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
1xeber.media "Qaynarinfo"ya istinadla xəbər verir ki, nazir Məcnun Məmmədovun müvafiq əmri ilə sözügedən qurumun sədr müavini vəzifəsinə Məhərrəm Kazımov gətirilib.
Məhərrəm Kazımov bundan əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə çalışıb. pizza
Qeyd edək ki, bir neçə ay əvvəl Dövlət Toxum Fondunun İdarə Heyətinin sədr müavini Etibar Əmrahov vəzifəsindən azad olunaraq, sədr təyin edilib.