Bir qədər əvvəl məlumat vermişdik ki, müflis olan “Azərinşaatservis” MMC-də tələbi olan şirkət və şəxslərlə “Aqrar Kredit” BOKT arasında problem yaşanır.
Problemə səbəb tələbkarların MMC ləğv olunduqdan sonra onlara çatacaq pulu ala bilməmələridir.
Belə ki, “Azərinşaatservis”in müflis olmasından sonra onun bütün əmlak və mülkləri “AqrarKredit” Bank Olmyan Kommersiya Təşkilatına (BOKT) verilib. Lakin BOKT bu müddət ərzində 49 tələbkara heç bir ödəniş etməyib. Əksinə, MMC-yə məxsus bütün əmlak və texnikaları sataraq, əldə olunan vəsaitləri öz məqsədlərinə sərf edib.
Qeyd edək ki, həmin proses dönəmində Ədliyyə Nazirliyinin Probasiya Baş İdarəsi və onun Binəqədi Şöbəsinin əməkdaşları da “Aqrar Kredit”in əməllərində maraqlı olublar. Qeyd edək ki, bunun qarşısının alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Bildirək ki, şikayətçilərin bununla bağlı bir neçə iddiaları var. Onlar iddia edirlər ki, “Azərinşaatservis” MMC-nin digər əmlakları qanunsuz yolla talamış şəxslər tərəfindən ələ keçirilib. “Həmin şəxslər çəkinmədən bəyan edirlər ki, bu məsələ Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə razılaşdırılıb”.
Onların dediklərinə görə, “Azərinşaatservis”in balansında onlara texnika, əmlak olub ki, onların hamısı “AqrarKredit” tərəfindən dəyər, dəyəməzinə satılıb. Bu prosesdə isə əsas fiqrular “Aqrarkredit”in rəhbəri “Şapka Mamed” ləqəbli Məmməd Musayev, onun ən yaxın “silahdaşı”, vaxtıyla “Azərsu”da (Qorxmaz Hüseynovun rəhbərliyi vaxtnda-red.) müavin postunu tutumuş Arzuman Abbasov və Binəqədi İcra və Porbasiya Şöbəsinin rəsmiləri göstərilir. Tələbkarlar bildirirlər ki, məhkəməyə müraciət etməkdən başqa çıxış yolları qalmayıb.
1xeber.media Tribuna.az-a istinadla xəbər verir ki, “Azərtikintiservis”ə tələbkarlardan biri olan “SİRR-M” MMC-nin rəhbərliyi ötən gün Cənub bölgəsində səfərdə olan Baş Prokuror Kamran Əliyevin qəbulunda olublar. Onlar üzləşdikləri problemlərini baş prokurorun diqqətinə çatdırıblar və lazımi sənədləri təqdim ediblər. Kamran Əliyevdən xahiş olunub ki, onların işlərini araşdıraraq, hüquqi qiymət verilməsinə və haqları olan vəsaitin onlara ödənilməsinə köməklik göstərsin.
Görüşdə iştirak edən şirkət rəhbərliyi bildirib ki, Baş prokuror sənədləri qəbul edərək, məsələnin araşdırılması barədə qəti göstəriş verib. Həmçinin Kamran Əliyev bildirib ki, iş onun nəzarətində olacaq.
Məsələni diqqətdə saxlayacağıq.