2025-ci il ərzində ölkədə 48 546 nikaha daxilolma və 20 675 boşanma halları qeydə alınıb.
1xeber.media xəbər verir ki, bu, Milli Məlisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.
Məlumata əsasən, 2024-cü illə müqayisədə 2025-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə düşüb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Bundan başqa, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 877 nəfər olub.