Amerika Birləşmiş Ştatları (ABŞ) İranla müharibədən dəyən ziyanı açıqlayıb.
1xeber.media xəbər verir ki, hesabat Konqresin rəsmi saytında dərc edilib.
Münaqişənin ölkəyə vurduğu ümumi ziyan 29 milyard dollardır. Konqresin hesablamalarına görə, ABŞ ordusu İranla müharibə zamanı 42 hərbi təyyarə itirib.
İtkilərə 14 təyyarə, helikopter və 28 pilotsuz uçuş aparatı (PUA) daxildir.
İyirmi dörd MQ-9A Reaper hücum dronu döyüşdə məhv edilib və ya itirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin bir MQ-4 Triton kəşfiyyat dronu Fars körfəzində qəzaya uğrayıb.
Üç F-15E qırıcı təyyarəsi Küveyt yaxınlığında, digəri isə İran üzərində vurulub. Bir F-35A qırıcı təyyarəsi də zədələnib.
ABŞ ordusu həmçinin A-10 hücum təyyarəsini itirib. Başqa bir E-3 Sentry AWACS hava erkən xəbərdarlıq təyyarəsi İranın zərbəsi nəticəsində yerdə məhv edilib.