Вернуться назад Распечатать

Mikayıl Cabbarov: Azərbaycan 1989-cu ildən Ermənistanda yaşayan azərbaycanlıların, qaçqınların, eləcə də məcburi köçkünlərin axını ilə üzləşdi

Azərbaycan 1991-ci ilə qədər Sovet İttifaqının tərkibində idi və bu mənada qeyri-formal mənzil təsərrüfatı və gecəqondular mövcud olsa da, onlar heç vaxt dövlət siyasətinin predmeti kimi qəbul edilmirdi.

1xeber.media xəbər verir ki, bu sözləri WUF13-də "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" adlı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkəmiz hələ Sovet dövründə, 1989-cu ildən başlayaraq Ermənistanda yaşayan etnik azərbaycanlıların, qaçqınların, eləcə də işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin daimi, kəsilməz axını ilə üzləşdi.

"Sizə miqyası göstərmək üçün deyim ki, 1994-cü ildə Azərbaycan iqtisadiyyatı 1991-ci ildəki Azərbaycan iqtisadiyyatının üçdə birini təşkil edirdi. Təbii ki, bu da əlavə təzyiqə səbəb oldu. Sonuncu, lakin eyni dərəcədə əhəmiyyətli məqam isə odur ki, növbəti onillikdə əsasən iqtisadi çətinliklərdən qaynaqlanan məcburi sosial miqrasiya prosesləri də ümumi mənzərəyə əlavə olundu. Bütün bunlar demoqrafik partlayış fonunda baş verirdi: çünki ölkə müstəqilliyini qurduğu dövrdə 7 milyonluq bir xalq idisə, növbəti 25 ildə 10 milyonluq bir xalq oldu", - deyə nazir əlavə edib.

M.Cabbarov qeyd edib ki, ümumi mənzərə ondan ibarətdir ki, ölkədə hər 8 vətəndaşdan biri ya qaçqın, ya da məcburi köçkün idi.