1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin təxminən üç saat davam edən danışıqları başa vurublar.
Zirvə görüşü Pekindəki Xalq Yığıncaqları Zalında baş tutub və Putin və Si Cinpin arasında təkbətək görüş keçirilib. Daha sonra əsas nümayəndə heyətləri dövlət başçılarına qoşulub və danışıqlar geniş tərkibdə davam edib.
Danışıqlardan sonra liderlər hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin gücləndirilməsi barədə birgə bəyanat imzalayıblar.
Putin daha əvvəl Si Cinpinlə danışıqlarının dostcasına və məzmunlu olduğunu bildirib. O, Rusiya və Çinin həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığı inkişaf etdirməyə davam edəcəyini qeyd edib.
Çin lideri həmçinin Rusiya-Çin münasibətlərinin daha effektiv və sürətləndirilmiş inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib.