Вернуться назад Распечатать

Türkiyədə güclü zəlzələ insanları təşvişə saldı - VİDEO

Malatyada baş verən güclü zəlzələ Elazığ bölgəsində də hiss olunub.

1xeber.media xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.

Məlumata görə, Elazığda bəzi vətəndaşlar evlərini və iş yerlərini tərk edərək küçələrə çıxıblar.

Türkiyənin Malatya bölgəsinin Battalqazi rayonunda 5.6 bal gücündə zəlzələ baş verib.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

Seysmik hadisənin episentri 7 kilometr dərinlikdə olub.

Məlumata görə, yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və itki barədə məlumat verilməyib.