Вернуться назад Распечатать

Bu quruma yeni səlahiyyət verildi - Fərman

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edəcək.

1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

Nazirlər Kabineti Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etməlidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.