Вернуться назад Распечатать

WUF13: Yeni panel müzakirələri başladı

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələr keçirilir.

1xeber.media  xəbər verir ki, dövlət qurumlarının, beynəlxalq təşkilatların, yerli idarəetmə orqanlarının, akademik dairələrin, vətəndaş cəmiyyəti nümyəndələrinin, gənclərin və icmaların iştirakı ilə təşkil edilən panel müzakirələrinin məqsədi miqrasiya və urbanizasiya proseslərinin şəhərlərin dayanıqlı inkişafına təsiri barədə qlobal səviyyədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı təşviq etməkdir.