Вернуться назад Распечатать

Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə

 

Azərbaycan Elm və Təhsil Nazirliyi daha bir tenderin nəticəsini açıqlayıb.

1xeber.media Tribuna.az -a istinadla xəbər verir ki, nazirlik dövlət peşə təhsili müəssisələri üçün dərsliklərin çapı prosesini həyata keçirəcək.

Rəsmi qaynaqlarda qeyd edilir ki,I tenderin qalibi “RADİUS” MMC olub. Nazirlik kitabların çapı üçün şirkətə 385 min 596 manat ödəniş edəcək.

Araşdırma zamanı bəlli olub ki, ETM-lə “Radius” arasında tender anlaşması yeni deyil. Buna qədər tərəflər ən azı 4 dəfə kitab çapı və poliqrafiya işlərini reallaşdırıblar.

Belə ki, 2020-ci ildə metodik vəsaitlərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması prosesini reallaşdırmaq üçün nazirlik şirkətə 1 milyon 48 min 975 manat ödəyib. 2021-ci ildə isə “Radiis” poliqrafiya işlərinin satın alınması ilə bağlı iki dəfə tenderin qalibi olub. Birinci tenderə görə, 448 min 956 manat, ikinci işə görə isə 518 min 576 manat pul alıb.

Qeyd edək ki, ETN 2022-2023-cü tədris ili ilə bağlı poliqrafiya işlərini də MMC-yə həvalə edib. Bu zaman tərəflər 1 milyon 844 min 398 manata anlaşıblar.