Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik çirklənmə ilə mübarizə: Yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda yan tədbir təşkil edilib.
1xeber.media xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yeni Plastik Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin sədri Xulio Kordano (videomüraciət), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Milli Məclisin deputatı, COP29 üzrə BMT-nin iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər əsas xidmətləri şöbəsinin rəhbəri Andre Dzikus çıxış ediblər.
Panel müzakirələrində Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, BMT-nin Ətraf Mühit Prorqamı (UNEP), BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNIDO), İqtisadiyyat Nazirliyi və “Təmiz Şəhər” ASC-nin nümayəndələri iştirak ediblər.