Вернуться назад Распечатать

Putin Kremldə Dövlət Mükafatlarının Təqdimatına Başladı (VİDEO)

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdimetmə mərasiminə Kremldə başlayıb.

"Moskvada, Kremldə, Rusiyanın mərkəzində dövlət mükafatlarının təqdim edilməsi, şübhəsiz ki, xüsusi məna kəsb edir. Bu, görkəmli Rusiya vətəndaşlarının xidmətlərinin, onların fədakar əməyinin, unikal istedadının, inanılmaz cəsarətinin, müasirlərimizin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərin və irəliləyişlərin tanınması üçün təntənəli bir mərasimdir", - deyə Putin bildirib.

O, qeyd edib ki, bu uğurlar birbaşa bütün Rusiyanın inkişafına təsir göstərir və dövlətə, xalqa və gələcək nəsillərə onilliklər boyu xidmət edəcək.