Вернуться назад Распечатать

Paytaxtın bəzi küçələrində sıxlıq var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

1xeber.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

6. Babək prospekti, mərkəz istiqamətində;

7. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

11. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

13. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.