Вернуться назад Распечатать

Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə yeniyetmə bıçaqlanıb.

1xeber.media-nın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki 2012-ci il təvəllüdlü M.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, M.Hüseynovu qonşusu bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.