Bu gün Misli Premyer Liqasında sonuncu - 33-cü tur start götürüb.
1xeber.media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
8-ci pillədəki "Şamaxı" 11-ci yerdəki "Qəbələ" ilə üz-üzə gəlib. Matç Qəbələ təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasındakı ilk 2 dövrənin görüşlərində 1 dəfə "Şamaxı", 1 dəfə isə "Qəbələ" qələbə qazanıb,.