Latviya ərazisinin hər qarışını pilotsuz təyyarələrin hücumlarından qorumağa hazırdır.
1xeber.media xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Latviya prezidenti Edqars Rinkeviçs ilə telefon danışığında bildirib.
"Mən indicə Latviya prezidenti Edqars Rinkeviçslə Latviyadakı son hadisələr, o cümlədən pilotsuz təyyarə insidenti ilə bağlı danışdım. NATO üzv dövlətlərinin təhlükəsizliyinə tam sadiqdir və NATO ərazisinin hər qarışının müdafiəsini təmin etməyə davam edəcək", - deyə o bildirib.