Belarus və Rusiya prezidentləri - Aleksandr Lukaşenko və Vladimir Putin nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi ilə bağlı hərbi hissələrlə birgə təlimi videokonfrans yolu ilə izləyiblər.
1xeber.media xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.
"Həqiqətən də bu, ilk belə birgə təlimdir. Lakin onun elementləri, komponentləri baxımından məlum olur ki, baş qərargahlarımız və müdafiə nazirlərimiz bunu rübdə bir dəfə keçirirlər. Amma biz (prezidentlər) olmadan. Prezidentlərin iştirakı ehtimalını qışda müzakirə etdik.
Mən sizi tam dəstəkləyirəm; biz heç kimə təhlükə yaratmırıq. Amma bizdə bu silahlar var və biz Brestdən Vladivostoka qədər ortaq Vətənimizi hər cür müdafiə etməyə hazırıq. Əlimizdə bir şey varsa, ondan necə istifadə edəcəyimizi bilməliyik", - Aleksandr Lukaşenko deyib.