Вернуться назад Распечатать

Çin Rusiya ilə razı ola bilməz, bu, “qırmızı xətti”dir

Vladimir Putin çinli həmkarı Si Szinpinlə Ukrayna məsələsinin müzakirəsində maraqlı məqamlar var. Liderlərin ortaq bəyanatında Ukrayna böhranının ilkin səbəblərinin ortadan qaldırılması gərəkdiyi vurğulanıb. Məlumdur ki, Kreml “ilkin səbəblər” dedikdə Donbasın Rusiyaya birləşdirilməsini, Ukraynanın NATO üzvülüyündən imtinasını və digər tələblərinin yerinə yetirilməsini nəzərdə tutur. Pekin Kremlin bu tələblərinə şərikdirmi? Məsələ burasındadır ki, Ukrayna kimi, Çin üçün də ərazi bütövlüyü məsələsi qırmızı çizgidir. Buna baxmayaraq, Pekin Ukraynanın ərazi bütövlüyünü tanıdığı halda, Rusiyanın bu ölkədən ərazi qoparmasına seyrçidir. Müharibə Rusiya və Qərb ölkələrini taqətdən salır, bu isə Çinin maraqlarına uyğundur.

1xeber.media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin 19-20 may tarixlərində Çinə səfəri haqda qeyd edib.

“Liderlərin ortaq bəyanatında davamlı sülhə nail olmaq üçün BMT Nizamnaməsinin yerinə yetirilməsi vacibliyi göstərilib. Əslində məhz Rusiya BMT Nizamnaməsini kobud şəkildə pozaraq qonşu dövlətin ərazisini işğal edib və müharibəni davam etdirməkdə israrlıdır.

Ortaq bəyanatda Ukrayna münaqişəsinin həlli üçün danışıqların davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu bəndi pozan da Rusiyadır. Bu ölkənin prezidenti bir şərtlə Kiyevlə danışıqlara razıdır ki, Ukrayna Rusiyanın şərtlərini qəbul etsin. Bu isə danışıq deyil, kapitulyasiya tələbidir. Ukrayna ordusunun müqavimət gücü artır və Kiyev Kremlin danışıqlara başlamaq üçün şərtlərini qəbul etməyəcək”, - politoloq bildirib.