Вернуться назад Распечатать

Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan gəncləri yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyi” mövzusunda seminar keçirilib

Sabirabad Rayon İcra Hakimiyyəti, YAP Sabirabad rayon təşkilatı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycan gəncləri yaradıcı təşəbbüsləri və innovativ ideyaları ilə ölkənin gələcəyi” mövzusunda seminar keçirilib. 

1xeber.media xəbər verir ki,seminarda RİHB-nin birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, gənclər, idarə, müəssisə və təşkilatların əmək kollektivi iştirak etmişdir.
Seminar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Seminarı giriş sözü ilə açan RİHB-nin birinci müavini Həsən Həsənov Prezident cənab İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsinin ölkənin tikinti sektorunda yeni inkişaf mərhələsi yaratdığı, şəhər mədəniyyətinin inkişafına və memarlıq irsinin qorunmasına yüksək diqqətin göstəricisi olduğunu qeyd edib. Həmçinin H.Həsənov İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin tətbiqi, genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, infrastrukturun müasir tələblər əsasında yenidən qurulması və ərazilərin sürətli dirçəldilməsi bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyinin əyani təzahürü olduğunu bildirib. 
Daha sonra Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclər sektorunun müdiri Murad Həsənli və digər çıxış edənlər Azərbaycan gəncləri ölkəmizdə keçirilən bütün dünya səviyyəli tədbirlərdə əsas aparıcı qüvvəyə çevrildiyini, onların göstərdikləri xidmətlər, təşkilatçılıq bacarıqları artıq beynəlxalq səviyyədə qəbul olunur və yüksək qiymətləndirildiyini diqqətə çatdırıblar. Həmçinin 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisi olduğu vurğulanmışdır.
Seminarın əsas məqsədi gənclərə Azərbaycan memarlığının zəngin nümunələrini təqdim etmək, eləcə də tədqiqat və təqdimat qabiliyyətlərini inkişaf etdirmək olmuşdur.
Eyni zamanda gənclər şəhərsalma və bərpa prosesləri ilə bağlı öz konseptual təkliflərini də təqdim etmişlər ki, bu da onların analitik və tənqidi düşünmə bacarıqlarının formalaşmasına töhfə vermişdir. 
Seminar qarşılıqlı diskussiya şəklində davam edib.