Xəbər verdiyimiz kimi, Dominikan Respublikasında nizə ilə balıq ovlayarkən yaşanan bədbəxt hadisə nəticəsində "Survivor Yunanıstan" yarışmasının iştirakçısı Stavros Florosun ayağı amputasiya edilib.
1xeber.media Axşam.az-a istinadla xəbər verir ki, yayım şirkəti baş vermiş hadisənin ciddiliyini nəzərə alaraq "Survivor 2026"nın rəsmi olaraq final etdiyini açıqlayıb.
Stavros Floros simvolik olaraq final gecəsində qalibi seçilib. Yarışmacı "əsl Survivor" adlandırılıb və mövsümün çempionu elan edilib. İştirakçı 250 min avro məbləğində əsas mükafata layiq görülüb.
Qeyd edək ki, hazırda Stavrosun müalicəsi Mayamidə davam edir.