Вернуться назад Распечатать

Ceyhun Dadaşova YENİ VƏZİFƏ verildi

Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.

1xe4ber.media xəbər verir ki, bundan sonra o, öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima teatrında 2000-ci ildən fəaliyyət göstərir.

Bu illər ərzində çox sayda tamaşalara aktyor və rejissor olaraq öz imzasını atıb. Bundan başqa bir-birinin ardınca ölkə və ölkə xaricində ustad dərsləri verib./oxu.az