Ağ Ev ABŞ Milli Kəşfiyyatının rəisi Tulsi Qabbarı istefaya məcbur etdi.
1xeber.media məlumatlı mənbəyə istinadən xəbər verir.
"Vəziyyətlə tanış olan bir mənbə Qabbardın Ağ Evin təkidi ilə istefaya məcbur edildiyini bildirdi", - deyə nəşr bildirib.
ABŞ prezidenti Donald Tramp istefanı özünün Truth Social səhifəsində təsdiqləyib və şöbənin rəhbəri vəzifəsini müvəqqəti olaraq Milli Kəşfiyyatın baş direktor müavini Aaron Lukasın icra edəcəyini açıqlayıb.
Qabbardın istefası barədə əvvəllər Fox News məlumat vermişdi. Rəsmi şəxsin sözlərinə görə, o, ərinin "sümük xərçənginin son dərəcə nadir bir forması ilə mübarizəsində" ona dəstək olmaq qərarına gəlib.