
Deputat Günay Ağamalı bildirib ki, hazırda ölkədə uşaqpulu məsələsi geniş şəkildə gündəmdə deyil və ailələrə artıq müxtəlif sosial müavinətlər təqdim olunur. Onun sözlərinə görə, valideynlər uşaq dünyaya gətirərkən dövlətdən maddi gözlənti içində olmamalıdır. Deputat hesab edir ki, daimi uşaqpulu bəzi hallarda insanlarda asılılıq və tənbəllik yarada bilər.
1xeber.media xəbər verir ki,xanım deputatın bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb.
Yazıçı Kəramət Böyükçöl də bu fikirlərə özünəməxsus şəkildə cavab verib.
Paylaşımı olduğu kimi təqdim edirik:
"Əgər nə vaxtsa Azərbaycanda uşaqpulu veriləcəksə, əmin olun ki, bu, vaxtaşırı uşaqpulunu gündəmə gətirən Günay Ağamalı kimi adamların hesabına olacaq. Siz Allah, sizin yadınıza uşaqpulu düşürdü? İndi Günay xanımın hesabına bütün sosial şəbəkələrin gündəmi uşaqpulu mövzusudur. Yada saldığına görə Günay xanıma təşəkkür edirəm. Allah atasının yanında yatanlara rəhmət eləsin"