1xeber.media xəbər verir ki, Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Ukraynaya səfərə gəlib.
Nəşr yazır ki, "Belarus müxalifət lideri Tixanovskaya ilk dəfə Kiyevə gəlib".
Qeyd olunur ki, onun Ukrayna paytaxtına səfəri barədə Ukrayna xarici işlər naziri Andrey Sibiha məlumat verib.
4 mayda Tixanovskayanın Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə gəldiyi açıqlanıb. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən onun səfəri əvvəlcədən elan edilməyib.