Ukrayna Belarusla həmsərhəd Volın bölgəsində perimetr müdafiəsi hazırlamağa başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə "Strana.ua" Telegram kanalı Kovel rayon administrasiyasının rəhbəri Andriy Çerenə istinadən məlumat verib.
"Bu, sərhəd ərazilərinə aiddir və sərhəd təhlükəsi yarandıqda tam təxliyə ssenariləri də nəzərdən keçirilir", - deyə məlumatda bildirilir.
Həmçinin Kiyev bölgəsində perimetr müdafiəsinin hazırlandığı bildirilib.
Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Belarusdan hücum ehtimalı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, Minsk Volın, eləcə də Jitomir və Rovno bölgələrini vura bilər.
Belarus lideri Aleksandr Lukaşenko öz növbəsində dəfələrlə respublikanın Ukraynadakı münaqişəyə qarışmaq niyyətində olmadığını bildirib. O, əlavə edib ki, belə bir hərəkətə, istər hərbi, istərsə də mülki tərəfə ehtiyac yoxdur.