Bu gün İranda parlamentin Rəyasət Heyətinə keçirilən seçkilər başa çatıb.
1xeber.media İran mətbuatına istinadən xəbər verir ki, səsvermə səhər saatlarında başlayıb. Millət vəkilləri parlament rəhbərliyinin 12 üzvünü, o cümlədən sədr, iki sədr müavinini, altı katibi və üç müşahidəçini birbaşa səsvermə yolu ilə seçiblər.
Məlumata görə, Məhəmməd Bağır Qalibaf yenidən parlamentin sədri seçilib və daha bir il müddətinə bu vəzifədə qalacaq.