Вернуться назад Распечатать

Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrıldı

“Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.

1xeber.media Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Rəhbərlik Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb. Sabiq futbolçu son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.