Kürdəmir rayonunun icra başçısı Elşən Həsənli idmanın Yunan-Roma güləş növü üzrə 20-26 aprel 2026-cı il tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa Çempionatında qalib olub ikinci dəfə Avropa çempionu olan gənc güləşçi Qurban Qurbanov ilə görüşüb.
1xeber.media xəbər verir ki,daha əvvəl gənclər kateqoriyasında bir çox beynəlxalq turnirlərin qalibi olmuş kürdəmirli idmançı ilə onun idman karyerasından danışan icra başçısı eyni zamanda güləşçinin problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlar verib. Görüşün sonunda Qurban Qurbanova fəxri fərman və hədiyyə təqdim olunub