Вернуться назад Распечатать

Biznesin İnkişafı Fondu ilə deputatın şirkəti arasında 134 minlik müqavilə

Azərbaycan Biznesinin İnkişafı Fondu "Ultra Technologies” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

1xeber.media xəbər verir ki, müqavilədə "DocNet” Elektron Sənəd Dövriyyəsi sisteminin inteqrasiyası, təkmilləşdirilməsi və illik texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 134 785,5 manatdır.
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ultra Technologies” MMC 11 aprel 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil 48-də yerləşən şirkətin qanuni təmsilçisi Məmmədzadə Zaur Arif oğludur. 
"Ultra Technologies” MMC 2016-cı ilədək "Ultra Computers” MMC adı ilə fəaliyyət göstərib. Həmin ildən isə şirkətin adı dəyişdirilib.
"Ultra Technologies” MMC-nin sahibi kimi deputat Tahir Mirkişilinin adı çəkilir. O, 2000-2011-ci illərdə şirkətdə mühəndis, daha sonra direktor vəzifələrində işləyib. Bu barədə Tahir Mirkişilinin tərcümeti-halında qeyd edilib. 
Tahir Mirkişili 2015-ci ildən deputatdır. Deputat indiyə qədər "Ultra Technologies” MMC-nin onun adı ilə bağlanmasına heç bir münasibət bildirməyib. Bu da şirkətin ona məxsus olması barədə iddiaları əsassız olmadığı qənaətini yaradıb.