İspaniyada MV Hondius kruiz gəmisindəki sərnişinlərdən birində daha bir hantavirus aşkar edilib.
1xeber.media xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Madriddəki hərbi xəstəxanada karantində saxlanılan İspaniya vətəndaşında PCR testindən sonra yeni müsbət hantavirus halı təsdiqlənib. Yoluxmuş şəxs ixtisaslaşmış tibbi müşahidə və xüsusi təhlükəsizlik tədbirləri altında saxlanılacaq.
Xatırladaq ki, mayın 22-də Niderlandın MV Hondius kruiz gəmisinin heyət üzvləri arasında yeni bir hantavirus infeksiyası halı elan edilib. Virus səbəbindən 10-a yaxın insan həyatını itirib.