Вернуться назад Распечатать

İrandan xəbərdarlıq: Neft 200 dollar olacaq

ABŞ Yaxın Şərqdə və İran yaxınlığında “hərbi sərgüzəştlərini” davam etdirdiyi müddətcə razılaşmadan söhbət gedə bilməz.

1xeber.media xəbər verir ki, bunu SEPAH rəsmisi İbrahim Zülfüqari X səhifəsində yazıb.

“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü nümayiş etdirib. Neftin bir barelinin 200 dollar olacağna hazır olun”, - o bildirib.

Qeyd edək ki, ötən gecə ABŞ ordusu İranın cənubuna zərbələr endirib.