Latviya, Litva və Estoniya Ukrayna kimi operativ və strateji dərinliyə malik deyil və Rusiya bundan istifadə edə bilər.
1xeber.media xəbər verir ki, bu sözləri Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan deyib.
“Bizim şimaldakı müdafiəmiz hazırlanıb və bölmələrimiz düşmənlə necə döyüşməyi bilir. Məhz bu, NATO-nun şimal-şərq cinahında, xüsusilə də Baltikyanı kiçik ölkələrdə yoxdur”, - deyə o bildirib.
Kuzanın fikrincə, Rusiya bu ölkələrin hərbi infrastrukturunun Ukrayna ilə müqayisə oluna bilməməsindən yararlana bilər. Onun sözlərinə görə, ruslar bununla Avropaya təzyiq göstərərək Ukraynaya dəstəyi azaltmağa çalışa bilərlər.
“Hətta bir neçə yüz “Şahid” dronunun hücumu belə bu ölkələrin kritik obyektlərini məhv etməyə qadirdir”, - ekspert vurğulayıb.