Вернуться назад Распечатать

İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

1xeber.media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

***

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

1xeber.media xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.

Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.