Вернуться назад Распечатать

Kəmaləddin Heydərov vətəndaş qəbulu keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.

1xeber.media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək.

Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.

Qeyd olunub ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.