Вернуться назад Распечатать

Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində - Yaşma bağları ərazisində yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media  Report-a istinadən xəbər verir ki, ATECO və “Ford” markalı yük avtomobillərinin toqquşması nəticəsində sonuncu yolun kənarına aşıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, araşdırma aparılır.