Вернуться назад Распечатать

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1xeber.media xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".